05 Yanvar 2025, Bazar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Cüdo Federasiyasının prezidenti Marius Vizeri və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti, “Formula 1”də Ferrari komandasının baş idman direktoru Jan Todu qəbul etmişdir.

Görüşdə Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından danışıldı, idmanın bütün sahələrinin inkişafı üçün yaradılan infrastruktur layihələrinin önəmi qeyd olundu, ölkəmizdə avtomobil idmanı növlərinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Azərbaycandakı müvafiq qurumlarla Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı Cüdo Federasiyasının prezidenti Marius Vizerin və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti, “Formula 1”də Ferrari komandasının baş idman direktoru Jan Todun Azərbaycana səfərinin bu təşkilatlarla ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.

 

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR