10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Dünya Gömrük Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini və Azərbaycan Dövlət Gömrük Komitəsinin Dünya Gömrük Təşkilatının çox fəal üzvlərindən biri olduğunu məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan iqtisadiyyatında, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar artıq çox yaxşı nəticələr verməkdədir.
Azərbaycan gömrük sisteminin müasir texnologiyaların tətbiqi, insan resurslarının idarə olunması, gömrük sahəsində kadrların peşəkar səviyyəsinin artırılması və digər istiqamətlərdə böyük nailiyyətlər əldə etdiyini vurğulayan Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya bütün bunların güclü siyasi dəstək sayəsində mümkün olduğunu qeyd etdi. Kunio Mikuriya bu sahəyə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR