10 Yanvar 2025, Cümə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandın etimadnaməsini qəbul edib.
Said Xan Mohmand etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana uğurlu rəsmi səfərlərini və bu səfərlər zamanı keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini və əməkdaşlığımızın ən yüksək səviyyədə olduğunu vurğuladı. Azərbaycan ilə Pakistan arasında ikitərəfli əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin, qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin Pakistan ilə qardaşlıq əlaqələrini bundan sonra da inkişaf etdirməkdə maraqlı olduğunu dedi.
Said Xan Mohmand Pakistan xalqı tərəfindən Azərbaycanın inkişafının bir nümunə kimi qəbul olunduğunu bildirərək bu inkişafda ulu öndər Heydər Əliyevin müstəsna rolunu qeyd etdi və bu uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğuladı.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR