05 Yanvar 2025, Bazar

Aprelin 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri onu Naxçıvanda görməkdən məmnunluğunu bildirərək demişdir ki, İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuş, ötən müddət ərzində iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf etmişdir.
Ali Məclisin Sədri Azərbaycan ilə İsrail arasında elm, təhsil, mədəniyyət, iqtisadi və ticarət sahəsində ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirmiş və səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Göstərilən səmimi münasibətə görə minnətdarlıq edən səfir Rafael Harpaz Naxçıvan Muxtar Respublikasında ilk dəfə olduğunu, Azərbaycanın bu qədim diyarının hərtərəfli inkişafının böyük məmnunluq doğurduğunu bildirmişdir. Muxtar respublikada əldə edilən inkişafı uğurlu sosial-iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirən səfir mövcud əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsi istiqamətində səyini artıracağını ifadə etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR