10 Yanvar 2025, Cümə

Yanvarın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadətlə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı muxtar respublikada görməkdən məmnunluğunu bildirmiş, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi Azərbaycan Vilayəti arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini və gediş-gəlişin artdığını diqqətə çatdırmış, bunu qarşılıqlı münasibətlərin göstəricisi kimi dəyərləndirmişdir.
Ali Məclisin Sədri Şahtaxtı-Poldəşt gömrük keçid məntəqəsinin iş saatının artırılmasının və iqtisadi-ticarət əlaqələrinin inkişafının hər iki tərəf üçün faydalı olduğunu vurğulamışdır. Ali Məclisin Sədri əlaqələrin inkişafına verdiyi töhfəyə görə Qurbanəli Səadətə təşəkkür etmiş, münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirmişdir.
Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadət göstərilən diqqətə və səmimi görüşə görə minnətdarlıq etmiş, Qərbi Azərbaycan vilayətinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırmışdır. Qurbanəli Səadət İranın Qərbi Azərbaycan Vilayətinin iqtisadi inkişafı haqqında məlumat vermiş, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi imkanlarından danışmışdır.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR