Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:
Əliyev Sərxan Rüfət oğlu – Naxçıvan Musiqi Kollecinin tələbəsi, balaban üzrə
Qasımov Pərviz Hüseyn oğlu – Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi, şahmat üzrə
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 14 yanvar 2017-ci il