Yanvarın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tumbul kəndində xidmət mərkəzinin də açılışını etmişdir.
Xidmət mərkəzində bərbərxana, dərzi, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Mərkəzdə xidmət sahələri üzrə 9 sakin işlə təmin olunmuşdur. İşlə təmin olunanlar muxtar respublikadakı peşə məktəblərində müvafiq sahələr üzrə təhsil almışlar.
Ali Məclisin Sədri yerli məhsulların satışına üstünlük verilməsi və əhaliyə nümunəvi xidmət göstərilməsinin vacibliyini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti