10 Yanvar 2025, Cümə

Hər açılan səhərin, qarşılanan yeni ilin insan həyatına xoş ovqat bəxş etməsi həm də ölkədəki inkişaf və sabitliklə bağlıdır. Bu gün doğma Azərbaycanımız və onun Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir, insanlar rahat və firavan yaşayır. Bu inkişaf və tərəqqinin nəticəsidir ki, muxtar respublika sakinləri 2017-ci ili sevinc və fərəhlə, qurub-yaratmaq əzmi ilə qarşılayırlar.

Yanvarın 1-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki mərkəzi meydanda yeni ilin gəlişi münasibətilə bayram şənliyi təşkil olunmuşdur.
Bayram şənliyində mahnılar səslənmiş, Naxçıvan Dövlət Uşaq Teatrı aktyorlarının ifasında səhnəciklər təqdim edilmişdir. Meydanda muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri tərəfindən əhaliyə ictimai-iaşə xidmətləri də göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak etmiş, ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanmışdır.
Ali Məclisin Sədri sakinlərin bayramını təbrik etmiş, uşaqlara hədiyyələr vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR