10 Yanvar 2025, Cümə

Dekabrın 29-da “Duzdağ” otelində Azərbaycan-İran hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının yekun iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvanda Azərbaycan-İran hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 11-ci iclasının öz işini davam etdirməsini ikitərəfli əlaqələrin inkişafının daha bir göstəricisi kimi dəyərləndirmiş, aparılan müzakirələrin nəticəli olacağına əminliyini bildirmişdir.
Ali Məclisin Sədri hökumətlərarası komissiyanın işinin uğurlu və nəticəli olması sahəsində göstərdikləri səylərə görə Azərbaycan Respublikasının və İran İslam Respublikasının prezidentlərinə hörmət və ehtiramını bildirmişdir.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev son 3 ildə ölkələrimiz arasında keçirilən tədbirlərdən danışmış, bu dövrdə hökumətlərarası komissiyanın iclaslarının səmərəli olduğunu qeyd etmişdir. Şahin Mustafayev əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyini bildirmiş, komissiyanın 11-ci iclasının yekunu olaraq imzalanan protokolun əhəmiyyətini diqqətə çatdırmışdır.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi komissiya çərçivəsində bir çox müzakirələrin aparıldığını bildirmiş, Bakıda və Naxçıvanda Azərbaycan-İran biznes forumlarının keçirilməsinin komissiyanın işinə töhfə verdiyini vurğulamışdır. Nazir biznes forumlarda iranlı sahibkarın iştirak etdiyini diqqətə çatdırmış və bütün bunların əməkdaşlıq üçün yeni istiqamətlər açacağını qeyd etmişdir.
Sonra Azərbaycan Respublikasının iqtisadiyyat naziri, hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayev və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasının yekun protokolunu imzalamışlar.
Protokola əsasən hər iki ölkə arasında ticarət, iqtisadiyyat, sərhəd, sənaye, enerji, su məsələləri, nəqliyyat, dəmir yolu, rabitə, mədəniyyət və turizm, səhiyyə, kənd təsərrüfatı, sosial müdafiə, elm, təhsil, gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

* * *

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Duzdağ Fizioterapiya Mərkəzində olmuş, mərkəzin fəaliyyəti və burada insanlara göstərilən tibbi xidmətlə maraqlanmışlar.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR