Aprelin 18-də Azərbaycan Dövlət Musiqili Teatrının binası əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi açılış mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyevə Azərbaycan Dövlət Musiqili Teatrının binasında və ətrafda görülən işlər barədə məlumat verildi.
Sonra Azərbaycan Prezidenti teatrın yenidənqurma işlərində iştirak edən xarici mütəxəssislərlə görüşdü.
Qeyd edildi ki, Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama əsasən, Azərbaycan Dövlət Musiqili Teatrının binasında geniş yenidənqurma işləri həyata keçirilmişdir. Yenidənqurma işləri zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına xüsusi diqqət yetirilmişdir.
Teatrla tanışlıqdan sonra dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Rivanın etimadnaməsini qəbul etmişdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Makedoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qoran Taskovskinin etimadnaməsini qəbul etmişdir.
AzərTAc