05 Yanvar 2025, Bazar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Türkiyə Respublikasının meşə və su işləri naziri Veysəl Eroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu vurğulayan Veysəl Eroğlu ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsinin önəmini qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin ayrı-ayrı nazirlikləri, o cümlədən ekologiya və ətraf mühitlə bağlı qurumlar arasında əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdi. Ekologiyanın mühüm bir sahə olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanda da son illər ekoloji məsələlərin həlli ilə bağlı böyük işlərin görüldüyünü dedi. Prezident İlham Əliyev nazir Veysəl Eroğlunun ölkə­mizə səfərinin bu sahədə əməkdaşlığımızın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından önəmli olacağını bildirdi.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Slovakiya Respublikasının Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Ukraynanın Baş nazirinin müavini Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

*     *     *

Aprelin 11-də Bakı Sərgi Mərkəzində “CATEF-2013” – Birinci Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisi işə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur.
Sərgi ilə tanışlıqdan sonra dövlətimizin başçısı “CATEF-2013” – Birinci Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisi və forumunun işinə uğurlar arzuladı.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR