05 Yanvar 2025, Bazar

Hər il olduğu kimi, 2015-ci ildə də Naxçıvan şəhərində tikinti-quruculuq tədbirləri geniş vüsət alıb. Müxtəlifprofilli quruculuq obyektləri sırasında mədəniyyət müəssisələrinin tikintisi və ya əsaslı şəkildə yenidən qurulması da yer alıb. Belə tikinti obyektlərindən biri də Naxçıvan şəhərinin Atatürk küçəsində yerləşən 2 nömrəli Uşaq musiqi məktəbi üçün binadır.

Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada tikinti işlərinə ötən ilin mart ayından başlanılıb. Ötən müddət ərzində burada işlərin böyük bir qismi tamamlanıb, binanın dam örtüyü vurulub, pəncərələr salınıb, fasad hissə üzlük daşla müasir üslubda üzlənib. Hazırda daxildə döşəmə vurulur, divarlar boyanır, obyektin ətrafında isə abadlıq işləri aparılır.
Qeyd edək ki, Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən tikilən binanın zirzəmi hissəsində böyük zal, kitabxana, qazanxana, anbar və sinif otaqları fəaliyyət göstərəcək.

Binanın digər mərtəbələrində isə direktor otağı, nəzəriyyə sinfi, 2 musiqi ədəbiyyatı kabinəsi, xor sinfi, böyük konsert zalı və 30-dan çox sinif otağı yerləşəcək.

* * *

Son illərdə muxtar respublikamızda zabit ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər dövlətimizin hərbi qulluqçulara qayğısı kimi dəyərləndirilir. Növbəti belə qayğının nümunəsini isə Naxçıvan şəhərinin Babək məhəlləsində Nax­çıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabitləri üçün yeni yataqxana binasının tikintisində görmək mümkündür.
“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən obyektin tikintisinə 2014-cü ilin iyul ayında başlanılıb. Bina zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarətdir. İkigirişli, 48 mənzilli yataqxana binasının zirzəmi hissəsində bərbər, anbar, camaşırxana və mağaza fəaliyyət göstərəcək. Digər mərtəbələrdə isə otaqlarla bərabər, foye, salon, mətbəx və sair yerləşəcək, hər blokda lift quraşdırılacaq. Ötən müddət ərzində binada hörgü işləri yekunlaşdırılıb, sonuncu mərtəbə istisna olmaqla, pəncərələr salınıb, fasad hissə suvanıb. Hazırda dam örtüyünün vurulmasına başlanılıb, həmçinin daxildə suvaq işləri aparılır. İnşaatçılar obyektdə işlərin keyfiyyətlə və vaxtında tamamlanması üçün səylə çalışırlar.
Yeni yataqxana binası Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət edən zabitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR