21 Dekabr 2024, Şənbə

Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət 2021-ci ilin dekabr ayında da həyata keçirilmiş, su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması diqqətdə saxlanılmışdır.


Əkin sahələrinin suya olan tələbatını ödəmək üçün dekabr ayında bir sıra tədbirlər görülmüş, su istifadəçilərinə 7,63 milyon kubmetr su verilmiş, bunun müqabilində 6 min 154 hektar torpaq sahəsi suvarılmışdır. Bu dövrdə 0,82 kilometr selə qarşı istiqamətləndirici bənd tikilmiş, 13,2 kilometr beton və torpaq kanal, 22,42 kilometr ara arxlar, 3,3 kilometr kollektor lildən təmizlənmiş, 1,9 kilometr içməli su, 0,33 kilometr kanalizasiya, 5,86 kilometr suvarma boru xətti, 0,8 kilometr təzyiqli boru xətti, 0,02 kilometr kaptaj tikilmişdir. 1,71 kilometr mövcud içməli su, 0,34 kilometr kanalizasiya xətlərində, 1,99 kilometr suvarma boru xətlərində, 3,17 kilometr təzyiqli boru xətlərində, 0,34 kilometr kaptajlarda təmir-bərpa işləri aparılmışdır.
Babək rayonunun Uzunoba gölü ətrafında yeni tikilmiş bağ evlərini içməli su ilə təmin etmək məqsədilə təzyiqli su xəttini qidalandıran 2 ədəd “MULTİ 35 8N” markalı nasos quraşdırılmış, nasos stansiyası üçün bina tikilmişdir. Qeyd olunan dövrdə Şərur, Babək və Sədərək rayonlarında, ümumilikdə, 71 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.
Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə Culfa rayonunda sağ sahil kanalında təmir işlərinə başlanılmış və kanalın 100 metr hissəsində dəmir-betonla təmir işləri aparılmışdır. Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinə aid 340 hektar torpaq sahəsində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, ərazidə 0,75 kilometr ana xətt, 1,56 kilometr paylayıcı boru xətti çəkilmiş, 14 hovuz və hidrant quraşdırılmışdır. Kəngərli rayonunun Böyükdüz kəndinin 2100 hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək məqsədilə Araz çayından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi davam etdirilmiş, nasos binasının və nasosların özüllərinin dəmir-betonla tikintisi və 3 nasos ramasının quraşdırılması işləri başa çatdırılmış, binanın tikintisi üçün hörgü işləri aparılmışdır. Ərazidə 0,4 kilometr təzyiqli boru xətti quraşdırılmışdır. Tikinti işləri davam etdirilir.
Muxtar respublikada su təminatının yaxşılaşdırılmasında subartezian quyularının və kəhrizlərin gücündən də geniş istifadə olunmuşdur. Dekabr ayı ərzində 42 subartezian quyusunda təmir-bərpa işləri aparılmış, 1 yeni subartezian quyusu istifadəyə verilmişdir. 1 kəhrizdə təmir-bərpa işləri başa çatdırılmış, 5 kəhrizdə isə işlər davam etdirilmişdir.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində və Sədərək rayonunda su və kanalizasiya şəbəkəsinin, Kəngərli rayonunda su təchizatı şəbəkəsinin tikintisi davam etdirilmiş, Qarabağlar kəndində 2 subartezian quyusunun tikintisi başa çatdırılmışdır. İçməli su təchizatının yaxşılaşdırılması məqsədilə Sədərək rayonunun Dəmirçi kəndində tikinti işləri davam etdirilmişdir. Culfa rayonunun Yaycı kəndində əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə su təchizatı şəbəkəsinin tikintisi davam etdirilmiş, müxtəlifdiametrli borularla 11,91 kilometr içməli su xətti quraşdırılmış, 312 evin su xəttinə birləşməsi aparılmışdır.
2021-2022-ci illərin payız-qış mövsümü ilə əlaqədar Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə cəmiyyətdə hazırlanmış tədbirlər planının icrası üzrə işlər davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR