03 Yanvar 2025, Cümə

Şərur Rayon Rabitə İdarəsindən aldığımız məlumata görə, bölgədə 2 mərkəzi olmaqla, 45 kənddə ATS fəaliyyət göstərir. Bu telefon stansiyalarından 12 min 775 abonent istifadə edir. 2019-cu ilin ilk 6 ayı ərzində idarə tərəfindən 183 yeni telefon xətti çəkilib, abonentlərin sayı 12 min 775-ə çatdırılıb. İnternet istifadəçilərinin sayı 5193-dür. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 363 nəfər çoxdur.
Bəhs olunan müddət ərzində rayonun bir sıra kəndlərində təmir işləri aparılıb, müxtəlif tutumlu kabellər çəkilərək rabitə şəbəkəsinin demontaj və montaj işləri yerinə yetirilib, abonentlərin rabitə xidmətindən yüksək səviyyədə istifadə etmələri üçün ATS-lərin xətt şəbəkələri yenidən qurulub. İstismarda olan 46 generator qurğusunun yağları dəyişdirilib, 3 generator təmir edilib. Bütün generatorların, akkumulyatorların sazlığı yoxlanılaraq mövsümə hazır vəziyyətə gətirilib.

Məlumatda deyilir ki, yeni paylanma şəbəkəsinin uzunmüddətli davamlılığını nəzərə almaqla, 350 yeni dirəkdən və 2000 metr müxtəlif tutumlu kabeldən istifadə etməklə rayonun bir çox kənd­lərində hava kabel xətləri təmir edilib. Bu dövrdə idarə tərəfindən təmir-tikinti işləri zamanı 220 rabitə dirəyi dəyişdirilib. 24 min 850 metr uzunluğunda müxtəlif tutumlu kabellərdən istifadə olunub. Bunun 10 min 340 metri yeraltı, 3260 metri isə optik bağlantı kabeli olub.
İlin əvvəlində Kərimbəyli kəndində aparılan tikinti-quruculuq işləri çərçivəsində yeni tikilmiş kənd mərkəzinə 384 nömrə tutumlu ATS köçürülərək montaj edilib. Rayonun bütün yaşayış məntəqələrinin internet şəbəkəsindən istifadəsi təmin olunub.
Bu dövrdə əhaliyə 410 min 46 manatlıq rabitə xidməti göstərilib.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR