03 Yanvar 2025, Cümə

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, bank-kredit fəaliyyəti istiqamətində də uğurlu nəticələr əldə edilir. Müasir bank xidmətlərinin təşkil olunması, ayrı-ayrı sahələrə verilən sərfəli kreditlər müxtəlif yeni istehsal və xidmət sahələrinin yaradılmasında, əhali məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Ölkəmizin nüfuzlu banklarından biri olan “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti də yarandığı 2008-ci ildən başlayaraq bu istiqamətdəki fəaliyyətini uğurla davam etdirməkdədir. Cari ilin ilk yarısının nəticələri də bunu deməyə əsas verir.
Naxçıvanbankdan aldığımız məlumata əsasən hazırda bank 5 filial və 1 mübadilə şöbəsi ilə muxtar respublikamızın bütün ərazisində əhaliyə bank xidmətləri göstərir. 2019-cu ilin ötən 6 ayı ərzində də bank fəaliyyətinin bütün sahələri üzrə mühüm irəliləyişlər əldə edilib. Belə ki, muxtar respublikada 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan edilməsi ilə əlaqədar mövcud ailə təsərrüfatlarının fəaliyyətlərini inkişaf etdirməsi və yeni yaradılan belə təsərrüfatlara maliyyə dəstəyi göstərilməsi məqsədilə qeyd olunan təsərrüfat subyektlərinə güzəştli kreditlər təklif edilməkdədir. Bankın sərfəli şərtlər və ən aşağı faiz dərəcələri ilə təklif etdiyi bir sıra kreditlər real sektorun genişlənməsinə mühüm töhfə verib. Belə ki, Naxçıvanbank tərəfindən 2019-cu ilin ilk 6 ayı ərzində sənaye sahəsinə 4 milyon 585 min, tikinti sahəsinə 3 milyon 295 min, kənd təsərrüfatına 2 milyon 992 min, ipotekaya 747 min, biznesin inkişafına 1 milyon 711 min və istehlak üçün 14 milyon manat həcmində kredit verilib. Ümumilikdə isə 1 iyul 2019-cu il tarixə bankın kredit portfeli 76 milyon 182 min manat həcmində olub ki, bu da ötən dövrdə “Naxçıvanbank” ASC-nin uğurlu fəaliyyətinin mühüm göstəricisi kimi qeyd oluna bilər.

Naxçıvanbank modern bankçılığın artan tələblərinə çevik uyğunlaşmaqla bu sahədə yenilikləri sürətlə tətbiq edir. Belə ki, bank tərəfindən müştərilərinə sərfəli və güzəştli şərtlərlə kredit verməklə yanaşı, muxtar respublika əhalisinin rahatlığının təmin edilməsi, vaxt itkisinin qarşısının alınması məqsədilə də məsafəli bank xidmətlərindən yararlanmaq üçün müvafiq infrastruktur yaradılıb. Bu istiqamətdə işlər uğurla davam etdirilməkdədir. Hazırda Naxçıvanbank müştərilərinə 39 bankomat, 46 ödəmə terminalı və 802 POS-terminalla xidmət göstərir. Məsafəli bank xidmətinin təkmilləşdirilməsi çərçivəsində hazırda internet bankinq, bankın ödəniş terminallarından kredit ödənişlərinin həyata keçirilməsi və ödəniş kartlarının balansının artırılması kimi layihələrin üzərində də işlər davam etdirilir. Bankdan onu da bildirdilər ki, cari ilin sonuna kimi qeyd olunan layihələr uğurla icra edilərək vətəndaşların istifadəsinə təqdim olunacaqdır.

 Əli CABBAROV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR