13 Yanvar 2025, Bazar ertəsi

“Naxçıvanqaz” İstehsalat Birliyi əhalinin qış aylarında təbii qazla fasiləsiz şəkildə təmin etmək üçün müvafiq tədbirlər görür.
Bu il avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə “Naxçıvanqaz” İstehsalat Birliyinə oktyabr ayının 20-dək qaz təchizatı sistemində texniki baxışın yekunlaşdırılması, mövcud nasazlıqların aşkar edilərək aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi tapşırılıb. Verilən tapşırıqlarla əlaqədar tədbirlər planı hazırlanaraq icrasına başlanılıb. Belə ki, təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun texnoloji rejimdə həyata keçirilməsi üçün qazpaylayıcı stansiyalarda qızdırıcı qurğulara xüsusi texniki xidmətlər göstərilir. Qaz təsərrüfatı sisteminin müasirləşməsi, istismarda olan təzyiq və qaz tənzimləyicilərinin, daşıyıcı və paylayıcı qaz kəmərlərinin, nəzarət-ölçü cihazlarının, digər texnoloji avadanlıqların yenilənməsi istiqamətində işlər nəzarətə götürülüb.

Qaz verilişində itkinin qarşısını almaq məqsədilə yeraltı istismara yararsız xətlər yoxlanılaraq yerüstü xətlərlə əvəz olunur, yararsız borular dəyişdirilir. Bu işlər Şərur rayonunun Ərəbyengicə, Qarahəsənli, Ələkli, Culfa rayonunun Dizə, Ordubad rayonunun Üstüpü kəndlərində, Şahbuz rayonunun Badamlı qəsəbəsində və Naxçıvan şəhərində təmir olunan yaşayış binalarında da davam etdirilir.
Şərur rayonunda Vərməziyar-Qışlaqabbas-İbadulla kənd yolunun yatağı genişləndirildiyindən buradakı qaz xətlərinin də yeri dəyişdirilir.
Kadr potensialının artırılması, qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində ixtisasartırma kurslarına işçilərin cəlb olunması da diqqət mərkəzində saxlanılır.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR