Muxtar respublikada ərzаq təhlükəsizliyinin təmin оlunmаsındа, əhalinin ərzаq məhsullаrınа оlаn tələbаtının ödənilməsində, еmаl müəssisələrinin хаmmаllа təchiz edilməsində kənd təsərrüfаtı məhsullаrı istеhsаlının mühüm əhəmiyyəti vardır. Ona görə də regionda аqrаr sеktоrun inkişаfına ciddi önəm verilir, intensiv metodlara və müasir texnologiyalara əsaslanan kənd təsərrüfаtı məhsullаrı istеhsаlının həcmi ilbəil artır.
Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də tədarük edilən məhsulların saxlanılması üçün beynəlxalq standartlara cavab verən texnologiyalar əsasında soyuducu anbar komplekslərinin tikintisidir. Çünki inşa edilən soyuducu anbarlar kənd təsərrüfatı məhsullarının bazara çıxış müddətinin artırılmasında mühüm rola malikdir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, son vaxtlar Sahibkarlığa Kömək Fondunun və sahibkarların özlərinin şəxsi vəsaitləri hesabına soyuducu və digər təyinatlı ərzaq məhsullarının saxlanması üçün anbarların ümumi tutumu 15395 tona çatdırılıb. Dövlət maliyyə dəstəyi ilə yaradılan, bilavasitə kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq kənd təsərrüfatı məhsullarının tədarükünün həyata keçirilməsi üçün tutumu 6000 ton olan ixtisaslaşdırılmış soyuducu anbar və sahibkarlıq subyektlərinin öz istehsal məhsullarının saxlanması üzrə tutumu 9395 ton olan ixtisaslaşdırılmış soyuducu və digər təyinatlı ərzaq məhsulları üçün anbarlar mövcuddur.
Məlumatda o da vurğulanır ki, 2016-cı ildə əhalinin mövsümi kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, qiymətlərin tənzimlənməsi və idxaldan asılılığın azaldılması məqsədilə belə məhsullar soyuducu аnbаrlаrа tədarük edilib və keyfiyyəti daim nəzarətdə saxlanılır. 1 iyun 2016-cı il tarixdən 19 dekabr 2016-cı il tarixə soyuducu anbarlara tələbatdan artıq istehsal edilmiş cəmi 4300,55 ton məhsul tədarük olunub. Bunun da 3079,51 tonu kartof, 635,21 tonu soğan, 220,0 tonu ərik, 337,6 tonu alma, 0,13 tonu armud, 0,17 tonu şaftalı, 0,1 tonu üzüm, 13,78 tonu kələm, 14,05 tonu sarımsaq məhsuludur. Tədarük edilmiş meyvə-tərəvəz məhsullarından 1785,87 tonunun satışı həyata keçirilib.
Soyuducu anbarlardan səmərəli istifadə etmək məqsədilə sahibkarlarla qarşılıqlı razılaşma yolu ilə anbarların istehsalçılara icarəyə verilməsi də həyata keçirilir. Hazırda soyuducu anbarlarda icarə olaraq 427,4 ton məhsul saxlanılmaqdadır.
Onu da qeyd edək ki, cari ilin ötən dövrü ərzində soyuducu anbarların yaradılması istiqamətində 1 layihənin maliyyələşdirilməsinə 50 min manat vəsait ayrılıb. Ümumilikdə isə 2000-ci ildən 2016-cı ilin ötən dövrünədək Sahibkarlığa Kömək Fondu tərəfindən 11 layihənin maliyyələşdirilməsinə 4 milyon 297 min 840 manat dövlət maliyyə dəstəyi göstərilib. Bu layihələrin reallaşdırılması yeni iş yerlərinin açılmasına imkan yaradıb.
Xəbərlər şöbəsi