07 Yanvar 2025, Çərşənbə axşamı

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda açıq dərs keçilmişdir.
Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinin iştirak etdiyi açıq dərsdə məktəbin direktoru Məhəmməd Qəribov mühazirə oxumuşdur. Qeyd olunmuşdur ki, gənclər hər bir ölkənin ictimai-siyasi və elmi-mədəni həyatında potensial qüvvə kimi tanınırlar. Ümummilli lider Heydər Əliyev də həmişə gənclərə güvənərək onlara böyük etimad göstərmişdir. Azərbaycanda gənc­lər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi olmuş və Azərbaycan gənc­liyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss etmişdir. Dahi şəxsiyyət Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmiş, gənclərin cəmiyyət qurucu­luğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratmışdır.

Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənc­lər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmişdir. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə, eyni zamanda muxtar respublikamızda yüksək intellektual səviyyəyə, milli düşüncəyə, vətənpərvərlik hissinə malik gənclər formalaşır. Azərbaycanın gələcəyi olan bu gənc­liyin formalaşmasının təməlində Heydər Əliyev ideyalarına sədaqət dayanır.  
Sonra açıq dərsin iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxmış, muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

Səbuhi HƏSƏNOV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR