AMEA Naxçıvan Bölməsində keçirilən konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Konfransda qeyd edilib ki, XX əsrin ən qanlı faciələrindən olan Xocalı hadisələri bir millətə qarşı soyqırımıdır. Bu soyqırımı ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu apardığı amansız və vəhşi siyasətin növbəti təzahürü olmuşdur. Xocalı faciəsi bəşəri cinayətdir.
Elmi konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Xocalı faciəsi ərəfəsində Azərbaycanda vəziyyət”, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov “Xocalı faciəsi: tarixi, səbəbləri və dərsləri”, institutun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə “Xocalı faciəsinin siyasi və milli mahiyyəti”, institutun şöbə müdiri, dosent Emin Şıxəliyev “Xocalı faciəsi Ermənistanın Azərbaycan xalqına qarşı apardığı soyqırımların tərkib hissəsi kimi”, institutun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva “Xocalı qəhrəmanları” mövźularında məruzələr ediblər.
Elmi konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.
Xəbərlər şöbəsi