12 Sentyabr 2024, Cümə axşamı

Muxtar respublikada hərbi hissələrə sovqatların verilməsi davam etdirilir.

Növbəti dəfə xalq-ordu birliyinə nümunə olaraq əsgərlərimiz üçün Babək rayonunun Nehrəm qəsəbəsində fəaliyyət göstərən “Sumqala” üzümçülük təsərrüfatında yetişdirilən 18 ton üzüm və 5 ton alma Naxçıvan Qarnizonuna təhvil verilib.

Bu münasibətlə əsgərlərlə keçirilən görüşdə təsərrüfatın baş aqronomu İsgəndər Abdullayev muxtar respublikada sahibkarlığa göstərilən diqqət və qayğıdan bəhs edib, əsgərlərə sovqat verilməsini xalq-ordu birliyinin möhkəm təməllərə əsaslandığının göstəricisi olduğunu qeyd edib.

Polkovnik-leytenant İlkin Nəsirov, mayor Orxan Seyidov və əsgər Əli Əhmədov xalq-ordu həmrəyliyindən danışıb, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR