29 Mart 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri və qulluqçuları üçün “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələbləri və məsuliyyət” mövzusunda seminar təşkil edilib.


Tədbiri Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Söhrab Kərimov açıb.
Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov qeyd edib ki, bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında bazar məzənnəsi nəzərə alınmaqla həyata keçirilməlidir. İcarə müqaviləsində tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin statusu, öhdəliklər, müqaviləyə xitam verilməsinin əsasları və digər şərtlər nəzərdə tutulur.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov bildirib ki, bələdiyyə torpaqlarının idarə edilməsi zamanı qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Qanunvericilik bölməsinin rəisi Ayaz Məhərrəmov diqqətə çatdırıb ki, bələdiyyələr “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir, bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir.
Sonda suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR