27 Aprel 2024, Şənbə

Babək Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Babək Rayon İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə və qazimizə orden və medallar təqdim olunub. Tədbirdən əvvəl Vətən müharibəsində və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxışında vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Babək rayonundan olan 16 əsgər və zabit şəhidlik zirvəsinə ucalıb. Rayonun Qahab kəndindən baş leytenant Abbasəli İsmayılov, Nəzərabad kəndindən leytenant Elvin Məmmədov və Güznüt kəndindən leytenant Ramil Əliyev belə qəhrəman oğullarımızdandır. Müharibənin ilk günlərindən döyüşə qatılan Kərimbəyli kənd sakini leytenant Cövdət Əliyev torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirən minlərlə hərbçilərimizdən biridir.
İcra başçısı ölkəmizdə və muxtar respublikamızda şəhid ailələrinə göstərilən dövlət qayğısından da bəhs edib, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, şəhid olmuş və xəsarət almış bir qrup şəxsin orden və medallarla təltif olunduğunu xatırladıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş şəhid baş leytenant Abbasəli İsmayılovun, şəhid leytenant Elvin Məmmədovun, şəhid leytenant Ramil Əliyevin Prezident tərəfindən layiq görüldüyü “Füzulinin azad olunmasına görə” medalı onların valideynlərinə, döyüşlərdə xəsarət alaraq yaralanan leytenant Cövdət Əliyevə təqdim olunub.
Sonda şəhid leytenant Elvin Məmmədovun atası Etibar Məmmədov göstərilən diqqətə görə dövlətimizə minnətdarlıq edib.

Muxtar RZAZADƏ

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR