27 Aprel 2024, Şənbə

Kəngərli rayonunda Baytarlıq İdarəsi üçün yeni bina tikilir. İnzibati binanın inşası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilir.
Zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olan binanın zirzəmi qatında arxiv, iş otaqları, süni mayalanma avadanlıqlarının, dərmanların saxlanc otaqları, yeməkxana və qazanxana yerləşəcək. Birinci mərtəbədə iş otaqları, laboratoriya, patoloji materialların qəbulu otağı, bakteriologiya və serologiya şöbələri, ikinci mərtəbədə isə iş otaqları, baytar həkim və sahə baytar məntəqəsi üçün otaqlar olacaq.
İnşaat işlərində keyfiyyət amilinə ciddi önəm verilir, əsasən, yerli materiallardan istifadə olunur, texniki təhlükəsizlik diqqət mərkəzində saxlanılır.

Xəbərlər şöbəsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR