12 Yanvar 2025, Bazar

İyulun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikada təhsil alan və dünyada yayılmış pandemiyaya görə ölkələrinə gedə bilməyən 94 əcnəbi tələbəyə maddi yardım verilmişdir. 

Naxçıvan Dövlət Universitetində bu münasibətlə tədbir keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbov çıxış edərək demişdir ki, dünyada pandemiya elan olunan virusun Naxçıvan Muxtar Respublikasında yayılmasının qarşısının alınması üçün tədbirlər görülür. Bununla bağlı qabaqlayıcı tibbi profilaktik və dezinfeksiya işləri aparılır. Görülən məqsədyönlü işlərin nəticəsidir ki, muxtar respublikamızda virusun yayılması minimum səviyyədədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə ötən dövrdə muxtar respublikada təhsil alan və ölkələrinə gedə bilməyən tələbələrə ərzaq və Ramazan bayramı ilə əlaqədar iftar payları verilmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi əcnəbi tələbələrə maddi yardım da ayrılmışdır. 

 Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirmişdir ki, muxtar respublikanın ali təhsil müəssisələri hər zaman Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuş, dərslərin tədrisi, imtahanların keçirilməsi üçün əlverişli şərait yaradılmışdır. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada təhsil almaq istəyən əcnəbi tələbələrin sayı ilbəil artır. Bütün ali təhsil müəssisələrinin tədris korpuslarında və tələbə yataqxanalarında dezinfeksiya işlərinin aparılması, eləcə də əcnəbi tələbələrin qayğı ilə əhatə olunması onlara pandemiya dövründə ərzaq payları ayrılması, lazımi köməkliklər edilməsi göstərilən diqqətin daha bir ifadəsidir. 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev qeyd etmişdir ki, muxtar respublikamızda gedən sürətli sosial-iqtisadi inkişaf əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin yaradılması, insanların rifah halının yüksəlməsi ilə nəticələnmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisində dünyada yayılan pandemiya ilə bağlı keçirilən müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında da müvafiq vəzifələr qoyulmuşdur. Ali Məclisin Sədri tərəfindən verilən tapşırıqların icrası ilə əlaqədar 540 tənha ahıla göstərilən xidmətin miqyası genişləndirilmiş, 1600-dən artıq aztəminatlı ailəyə ərzaq sovqatı təqdim olunmuş, 9 mindən artıq sakinə birdəfəlik maddi yardımlar edilmişdir. 

Sonra muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrə maddi yardımı almaq üçün elektron kartlar təqdim edilmişdir. 

Türkiyəli tələbə Şehriban Sarıhan, Banqladeşdən olan tələbələr Uddin Nasir, Kharus Zaman və cənubi koreyalı tələbə Lee Jin göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişlər. 

“Şərq qapısı”

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR