Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin VI-VII təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin test mərhələsi dünən başa çatıb.
Məlumat üçün bildirək ki, müsabiqəyə sənəd qəbulu 2 aprel-2 may tarixlərində keçirilib, 35 dövlət orqanı üzrə 299 nəfər qeydiyyatdan keçib. 273 nəfərin iştirak etdiyi imtahanlarda namizədlərə 40 qanunvericilik, 30 məntiqi təfəkkür, 15 kompyuter bilikləri, 15 ümumi dünyagörüşü və Azərbaycan haqqında biliklər olmaqla, 100 sual təqdim edilib. Test imtahanlarının nəticələri haqda bir gün ərzində namizədlərə məlumat verilib. İmtahanlarda müvəffəqiyyət qazanmış namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.
Xəbərlər şöbəsi