03 Yanvar 2025, Cümə

Mayın 19-da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının gənc əsgərlərinin andiçmə mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə alay komandiri, polkovnik İspəndiyar Əhmədov açaraq təlim müddətində gənc əsgərlərlə aparılan taktiki hazırlıq barədə danışmışdır.
Tədbirdə çıxış edən nazirliyin Əməliyyat şöbəsinin rəisi, polkovnik Hikmət Kərimov, leytenant Mətin Amanov gənc əsgərləri təbrik edərək qeyd etmişlər ki, hərbi andı qəbul edən gənc əsgərlər komandirlərin öyrətdikləri bilikləri dərindən mənimsəməli, fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında, zərərçəkmiş əhaliyə ilk tibbi və digər yardımların göstərilməsində komandirlərin əmr­lərinə tabe olmalıdırlar. Bu gün and içən əsgərlər doğma Azərbaycanımızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü keşiyində layiqincə duracaqlarına, silah və hərbi texnikanın sirlərinə bələd olacaqlarına, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının əsgərləri kimi Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərinə söz vermişlər.
Gənc əsgərlər adından çıxış edən İsmət Paşazadə komandirlərin əmr və tapşırıqlarına sözsüz əməl edəcəklərini bildirmişdir.
Valideynlər adından çıxış edən Siyasət Həsənov əsgərləri təbrik etmiş, onlara xidmətdə uğurlar arzulamışdır.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov çıxış edərək ölkədə aparılan gənclər siyasətindən, ordumuzun qüdrətlənməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışmışlar.
Sonra alayın gənc əsgərləri hərbi and içmişlər.
Mərasim Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başa çatmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR