03 Yanvar 2025, Cümə

23-24 aprel tarixlərində Naxçıvan şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələrinin hakimləri üçün “Azərbaycan inzibati və mülki prosesinin aktual problemləri” mövzusunda ikigünlük seminar keçirilmişdir. Seminar həm muxtar respublika məhkəmələrinin hakimləri tərəfindən milli qanunvericiliyin tətbiqi təcrübəsinin daha dərindən öyrənilməsi, həm də mövzu ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyətə malik olmuşdur.
Keçirilmiş seminarın təşkili və muxtar respublikamızda ədalət mühakiməsinin inkişafı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə ünvanlanmış təşəkkür məktubunda sözügedən tədbirin təşkil olunması üçün muxtar respublikada yaradılmış şəraitə və göstərilmiş köməyə görə dərin təşəkkürünü bildirən həmin beynəlxalq təşkilatın layihə rəhbəri Tomas Melser seminarın peşəkarlıq baxımından yüksək səviyyədə keçirildiyini qeyd etmişdir.
Məktubda muxtar respublikada ədalət mühakiməsinin daha da inkişaf etməsinə, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə daim diqqət göstərildiyi, ali dəyər kimi insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının muxtar respublikada prioritet vəzifə olduğu vurğulanmışdır.
Naxçıvan Muxtar Respublikası məhkəmə orqanlarının fəaliyyətinə uğurlar arzulayan Tomas Melser yüksək tələblərə cavab verən bu cür əməkdaşlıqları gələcəkdə də davam etdirmək niyyətində olduqlarını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR