03 Yanvar 2025, Cümə

Elektron xidmətlərin göstərilməsi üçün dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində növbəti tədris kursu təşkil edilib.
Müasir, çevik idarəetmənin təmin edilməsi, dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəli­liyinin və keyfiyyətinin artırılması, birbaşa münasibətlərin minimuma endirilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması hazırda qarşıya qoyulmuş əsas vəzifələrdən biridir.
19 dekabr 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında “Elektron hökumət” layihəsinin həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilmiş müşavirədə verilən tapşırıqların icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Belə ki, mərkəzi icra hakimiyyəti orqanları elektron xidmətin təşkili üçün yeni metodik vəsaitlərlə təmin olunub, 13-14 may tarixlərində dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədilə ikigünlük tədris kursu təşkil edilib.
Dövlət qulluqçularının iştirak etdiyi tədris kursunda onlara elektron hökumət, “Elektron sənəd və elekton imza haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumat verilib, dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi qaydaları, tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi üçün istifadə olunan informasiya sistemlərinin ekspertiza qaydaları, elektron imza, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydaları, elektron imzanın yoxlanması və elektron sənəd mübadiləsi qaydaları haqqında mövzular elektron təqdimatlar, slaydlar və digər vizual vasitələrdən istifadə edilməklə tədris olunub.
Sonra muxtar respublikanın “Elektron hökumət” portalının ilkin variantı müzakirə üçün tədris kursunda iştirak edən dövlət orqanlarının nümayəndələrinə təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR