03 Yanvar 2025, Cümə

Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasi­­ya Xidməti Heydər Əliyev Muzeyində tədbir keçirib.
Əvvəlcə tədbir iş­ti­rakçıları ümum­mil­­­­­li lideri­miz Heydər Əliyev­­­in əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, baş miqrasiya xidməti müşaviri Fazil Ələkbərov “Heydər Əliyev irsi Azərbaycan xalqının milli-mənəvi xəzinəsidir” mövzusunda məruzə edib. Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla xalqımızın çoxəsrlik arzusunu həyata keçirib. Bu gün sahib olduqlarımızın hamısı ulu öndərimizin siyasi uzaqgörənliyi, sarsılmaz iradəsi və güclü xarakteri sayəsində mümkün olub.
Bildirilib ki, müstəqil Azərbaycana dərin zəka sahibi, böyük vətənpərvər, ən əsası isə Heydər Əliyev kimi fenomen və dahi bir şəxsiyyətin ocağının istisində böyümüş, ərsəyə gəlmiş bir şəxsiyyətin – cənab İlham Əliyevin rəhbərlik etməsi xalqımızın böyük nailiyyətidir. Bu baxımdan Azərbaycan xalqı öz tarixinin şərəfli dövrlərindən birini yaşayır. Bütün sahələrdə dinamik inkişaf, işgüzarlıq müşahidə edilir. Yorulmadan xalqın maraq və mənafeləri, firavan yaşayışı, təhlükəsizliyi uğrunda düşünülmüş siyasət aparan, dövlətçiliyimizin keşiyində möhkəm duran, Azərbaycana bacarıqla rəhbərlik edən Prezident cənab İlham Əliyev ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir.
Məruzə ətrafında Dövlət Miqrasiya Xidmətinin əməkdaşları İlqar Seyidovun, Kamil Cabbarovun çıxışları olub.
Sonra ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxış olub, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev muzeydəki eksponatlar barədə tədbir iştirakçılarına məlumat verib.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR