Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsinin mütəxəssisləri birgə seminar-müşavirə keçirib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsinin muxtar respublika ərazisi üçün tərtib etdiyi gündəlik, ongünlük və aylıq hidrometeorologiya proqnozlarının hazırlanması metodikası, bu sahədə görülən işlər müzakirə edilib, fikir mübadiləsi aparılıb. Bundan başqa, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən hidrometeorologiya proqnozlarının hazırlanması sahəsində yeni texnologiyaların tətbiqi barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsinin sinoptikləri məlumatlandırılıb.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Qadir Quliyevin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin əməkdaşları Xalid Muxtarlının, Gülşad Məmmədovanın, Əkbər Həsənovun və başqalarının çıxışları olub.
Xəbərlər şöbəsi