03 Yanvar 2025, Cümə

Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq qeyd etmişdir ki, tariximizin heç bir mərhələsində ulu öndərin ölkəmizə rəhbərliyi dövründə olduğu qədər mədəniyyətimizə yüksək qiymət verilməmişdir. Ümummilli liderimiz hər zaman mədəniyyətimizə, incəsənətimizə, musiqimizə və ədəbiyyatımıza böyük diqqət göstərmiş, bu sahədə çalışanlara qayğı ilə yanaşmışdır.
Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Şəmsəddin Qasımov çıxış edərək Azərbaycan bəstəkarlarının, o cümlədən Naxçıvanda yaşayıb-yaradan bəstəkarların görkəmli dövlət xadimi Heydər Əliyevə həsr etdiyi musiqi əsərlərindən danışmışdır.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Asim Yadigar ümummilli liderimizin obrazının ədəbiyyatımızda canlandırılmasından, dahi rəhbər haqqında yazılmış naxçıvanlı yazıçı və şairlərin əsərlərindən söhbət açmışdır.
Qeyd edək ki, tədbirdə bəstəkarlardan Kamal Əhmədovun, Günay Məmmədovanın, Şəmsəddin Qasım­ovun, Yaşar Xəlilovun, şairlərdən Asim Yadigarın, Zaur Vedilinin, İbrahim Yusifoğlunun, Xanəli Kərimlinin, Vaqif Məmmədov­un müdrik rəhbər Heydər Əliyevə həsr olunmuş musiqi əsərləri və poeziya nümunələri səsləndirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR