03 Yanvar 2025, Cümə

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirmişdir.
Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayevin “Heydər Əliyev və müstəqil Azərbaycan”, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahovun “Milli dövlətçiliyin banisi ulu öndər Heydər Əliyev”, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin direktoru Aynurə Mustafayevanın “Əbədiyaşar ümummilli lider Heydər Əliyev” və Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadənin “Heydər Əliyevin inkişaf strategiyası Naxçıvanda sürətli yüksəliş və yeniləşmənin əsasıdır” mövzularında məruzələri dinlənilmişdir.

Bildirilmişdir ki, dahi rəhbər Heydər Əliyevin bütünlüklə Vətəninə və millətinə həsr etdiyi şərəfli ömrü xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasını həyata keçirməsi ilə əlamətdar olmuşdur. Azərbaycan tarixində elə bir dönəm yetişmişdi ki, xalq öz nicatı üçün yalnız müdrik rəhbər Heydər Əliyevə sığınmış, qayıdışdan qurtuluş doğmuşdur. Görkəmli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olunmuş, işğalçı Ermənistan tərəfindən torpaqların işğalının qarşısı alınmış, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlanmışdır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alaraq onun strateji mövqelərini bərpa etmiş, Vətənimizə inkişaf etmiş ölkələrlə hərtərəfli tərəfdaşlıq üçün vacib olan sabit ölkə imici qazandırmışdır.
Vurğulanmışdır ki, 1993-cü ildə Yeni Azərbaycan Partiyasının Sədri görkəmli dövlət xadimi Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Yeni Azərbaycan Partiyası ümumazərbaycan, ümumxalq partiyası kimi ümumbəşəri dəyərlərə əsaslanan prinsiplərə istinad edərək müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, vətənçilik, yaradıcı təkamül, kon­struktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət, həmçinin ideoloji-təşkilati baxımdan Azərbaycanın ən nüfuzlu və inamlı siyasi təşkilatına çevrilmişdir.

Kərəm HƏSƏNOV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR