03 Yanvar 2025, Cümə

Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzi Naxçıvan şəhər 5 nömrəli tam orta məktəblə birlikdə Heydər Əliyev Uşaq-Gənc­lər Yaradıcılıq Mərkəzində “Gənc­lərə örnək olan dahi rəhbər” mövzusunda tədbir keçirmişdir.
Əvvəlcə tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmışlar.
Sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.
Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Hüseyn Məmmədyarov, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru Əsmər Xəlilova çıxış etmişlər.
Qeyd olunmuşdur ki, Azərbaycan tarixinin qırx ilə yaxın bir dövrü ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu mərhələdəki bütün uğurlarımızın, siyasi, iqtisadi, sosial-mədəni tərəqqimizin rəhbəri, ilhamvericisi, təminatçısı ulu öndərimiz Heydər Əliyevdir. Bu böyük insanın, zamanın dahisinin nurlu şəxsiyyəti, parlaq əməlləri, möhtəşəm fəaliyyəti dünya durduqca nəsillərə örnəkdir. Yurdu, milləti sevməyin, ona fədakar xidmət etməyin, əsl dövlət başçısı və xalq adamı olmağın etalonu da məhz ümummilli liderimizdir. Ulu öndər Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunun etibarlı bələdçisi olmaqla, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir.
Sonra məktəbin şagirdləri ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirləri bədii qiraət etmiş, mahnılar səsləndirmişlər.

Sara ƏZİMOVA

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR