Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqəyə yazıların qəbulu aprelin 25-də başa çatmışdır.
Xatırladaq ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, gücləndirilməsi, dövlətçiliyimizin əbədiyaşarlığının təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərin, demokratik, hüquqi dövlət quruculuğu, ölkəmizin müstəqilliyi dövründə insan hüquq və azadlıqları sahəsində reallaşdırılan islahatların daha dərindən öyrənilməsi, jurnalistlərin bu istiqamətdə yazılar hazırlamasının stimullaşdırılması məqsədilə keçirilən bu müsabiqəyə 19 mart 2013-cü il tarixdə start verilmişdi.
Bu müddət ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrində çalışan jurnalistlər və mətbuatda yazılarla çıxış edən şəxslər tərəfindən qeyd edilən mövzu ilə əlaqədar bir çox yazılar təqdim olunmuşdur.
Müsabiqəyə təqdim edilən yazıların yoxlanılması və qiymətləndirilməsi işi Naxçıvan Muxtar Respublikasının müxtəlif qurumlarından seçilmiş müsabiqənin münsiflər heyətinə həvalə edilmişdir.
Qeyd edək ki, müsabiqənin qalibləri müsabiqənin münsiflər heyətinin müvafiq qiymətləndirmə rəyinə əsasən, may ayının ilk ongünlüyündə elan olunacaqdır.
Naxçıvan Muxtar Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Aparatının mətbuat xidməti