03 Yanvar 2025, Cümə

Aprelin 23-də AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirmişdir. Konfransı giriş sözü ilə açan İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk günlərindən siyasi təcrübəsi, yüksək intellekti ilə milli mədəniyyətimizin, o cümlədən dilimizin, ədəbiyyatımızın və incəsənətimizin inkişafı istiqamətində məqsədyönlü iş apardığını, bu siyasəti sovet dövrünün çətinliklərinə baxmayaraq, dönmədən həyata keçirdiyini vurğulamışdır.
“Ümummilli liderin ideyaları işığında dövlət dilimizin və dilçiliyimizin inkişafı məsələləri” mövzusunda məruzə edən institut direktoru bildirmişdir ki, dahi rəhbər Heydər Əliyev mövcud tarixi təcrübəni və müasir dövrün tələblərini nəzərə alaraq mükəmməl bir dil siyasəti yürütmüşdür. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərmanı tarixi rol oynamışdır.
Konfransda institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımlının “Ulu öndər Heydər Əliyevin fikir və kəlamları ədəbiyyatşünaslıq elmimizin meyarı kimi”, Onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru Adil Bağırovun “Naxçıvanda ümummilli lider Heydər Əliyevin adı ilə bağlı yaranmış onomastik vahidlər”, böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayevin “Milli dəyərlərimizin hamisi”, kiçik elmi işçisi Əli Həşimovun “Ulu öndər Heydər Əliyev obrazı Naxçıvan nəsrində” mövzularında elmi məruzələri dinlənilmişdir.
Konfransa AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev yekun vurmuşdur.

Elnur KƏLBİZADƏ

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR