03 Yanvar 2025, Cümə

Dünən 705 saylı hərbi hissənin tam orta məktəbi şagirdlərinin iştirakı ilə Heydər Əliyev Muzeyində “Ulu öndər Heydər Əliyev və Azərbaycan Ordusu” mövzusunda açıq dərs keçilmişdir.
Açıq dərsdə məktəbin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nazim Bayramov bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin ilk illərindən etibarən ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələlərini önə çəkmiş, 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçı­vanskinin adını daşıyan Hərbi Liseyin yaradılmasına, həmçinin azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdur. Beləliklə, dahi rəhbər Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən hələ 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini həyata keçirmişdir.

Qeyd edilmişdir ki, xalqımızın böyük oğlu Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra hərbi sahədə dirçəlişə nail olunmuşdur. Müdrik rəhbər Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri vahid komandanlıq sistemində birləşdirərək Azərbaycanın nizami ordusunu yaratmışdır. Ali Baş Komandan dəfələrlə cəbhə xəttinə səfərlər etmiş, döyüşçülərimizlə səngərdə görüşmüş, onları Vətənin müdafiəsi naminə döyüşə ruhlandırmışdır. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizami, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verilmiş, ölkədə nizami ordunun formalaşdırılmasına başlanılmışdır.
Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü silahlı qüvvələrə sahib ölkə kimi tanınır. Azərbaycanın güclü silahlı qüvvələrə malik olması ölkənin ərazi bütövlüyünün dinc yolla bərpası, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında nizamlanması üçün mühüm amildir. Azərbaycan Ordusunun bütün inkişaf mərhələləri, təşkilatlanması və bugünkü səviyyəyə gəlib çatması ümummilli liderimizin gərgin əməyinin nəticəsidir.
Açıq dərsdən sonra şagirdlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.

Səbuhi HÜSEYNOV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR