03 Yanvar 2025, Cümə

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və tarixi-memarlıq abidələrimiz” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Tədbiri Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə tariximizin öyrənilməsi, tarixi və mədəni irsin qorunub saxlanılması sahəsində mühüm tədbirlər görülmüşdür. Azərbaycan xalqının yaratdığı tarixi-memarlıq abidələri də ulu öndərin daim diqqət mərkəzində olmuşdur.
Bildirilmişdir ki, ulu öndərimizin 1998-ci il 10 aprel tarixdə təsdiq etdiyi “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda abidələrin qorunmasının dövlət təminatı, tədqiqi, mühafizəsi kimi mühüm məsələlər öz əksini tapmışdır.

Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Nizami Rəhimov çıxış edərək Naxçıvan abidələrindən söhbət açmışdır. Bildirmişdir ki, Naxçıvan ərazisində mövcud olan tarixi və mədəniyyət abidələrimiz keçmişi bu günə daşıyan tarixi yaddaşımız kimi maddi və mənəvi həyatımızın güzgüsü rolunu oynayır. Möminə xatın, Qarabağlar, Yusif Küseyiroğlu, Gülüstan türbələri, Gəmiqaya rəsmləri, Əlincə qalası, Əshabi-Kəhf, Duzdağ, Aza körpüsü, Xanəgah və başqa tarixi abidələrimiz xalqımızın zəngin tarixindən xəbər verir. 
AMEA Naxçıvan Bölməsinin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov çıxışında Naxçıvan abidələrinin öyrənilməsi sahəsində qazanılan uğurlardan danışmışdır.
Vurğulanmışdır ki, “Naxçıvan Abidələri Ensiklopediyası”nın və Naxçıvanla bağlı çoxsaylı tədqiqat əsərlərinin nəşr olunması, “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması bu sahədə aparılan araşdırmaların ardıcıl şəkildə sistemləşdirilməsi deməkdir. Aparılan tədqiqatlar nəticəsində qədim diyarımızda bu günə qədər 1201 tarix və mədəniyyət abidəsi qeydə alınmışdır.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin direktoru Nəzakət Əsədova çıxış edərək muxtar respublikada tarix-memarlıq abidələrinə göstərilən dövlət qayğısından danışmış, son 17 ildə qədim diyarımızda 50-dən çox tarix və mədəniyyət abidəsinin əsaslı təmir və bərpa olunduğunu vurğulamışdır.
Sonda “Azərbaycanın qədim abidələri” adlı sənədli film nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR