03 Yanvar 2025, Cümə

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 fevral tarixli “Azərbaycan Respublikası vətəndaşlarının 2013-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına əsasən, Azərbaycan Respublikası vətəndaşlarının 2013-cü il aprelin 1-dən müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanmışdır. Dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində də yolasalma mərasimi keçirilmişdir.
Tədbiri idarə rəisinin müavini, polkovnik-leytenant Zahid Əliyev açmışdır. Torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan eloğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov, Naxçıvan Şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, valideyn Xəqani Təhməzbəyov, çağırışçı Elgün Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahov hərbi xidmətə yola düşən çağırışçılar qarşısında çıxış edərək Azərbaycanda, eləcə də muxtar respublikada ordu quruculuğu istiqamətində görülən işlərdən danışmış, Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini təbrik etmişlər. Qeyd olunmuşdur ki, bu gün Azərbaycanın güclü və qüdrətli ordusu vardır və bu ordu istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Son illərdə orduya ayrılan vəsait, ordu quruculuğu sahəsində görülən işlər, hərbi sənaye kompleksinin yaradılması, ordunun müasir hərbi texnika ilə komplektləşdirilməsi bunu deməyə əsas verir.
Bildirilmişdir ki, bu gün övladlarını hərbi xidmətə yola salan valideynlər də arxayındırlar ki, ordumuzda əsgərə qayğı ən yüksək səviyyədədir. Ona görə də çağırışyaşlı gənclər ordu sıralarına sevinc hissləri ilə yollanırlar.
Yolasalma mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik-leytenant Elxan Əliyev çağırışçılara uğurlu hərbi xidmət arzulamışdır.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR