03 Yanvar 2025, Cümə

AMЕA Naxçıvan Bölməsində dаhi şəхsiyyət, dünyа şöhrətli siyаsətçi, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq, bölmənin Təbii Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə institutun direktoru, kimya elmləri doktoru Əliəddin Abbasov açaraq “Əbədiyyət üçün doğulanlar” mövzusunda məruzə edib. İnstitutun direktoru müstəqilliyimizi əbədiləşdirən ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən, onun siyasi, iqtisadi və mədəni quruculuq sahəsindəki yorulmaz fəaliyyətindən danışıb. Bildirilib ki, dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi siyasət bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra institutun əməkdaşlarından iqtisad üzrə fəlsəfə doktoru Polad Əliyevin “Heydər Əliyev Azərbaycanda bazar iqtisadiyyatı münasibətlərinin formalaşmasının memarıdır”, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımovun “Heydər Əliyev və məşğulluq siyasəti”, kimya üzrə fəlsəfə doktoru Aliyə Rzayevanın “Heydər Əliyev və Azərbaycan elmi” mövzularında məruzələri dinlənilib.
Elmi konfransa institutun direktoru, kimya elmləri doktoru Əliəddin Abbasov yekun vurub.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR