02 Yanvar 2025, Cümə axşamı

Mayın 10-da “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının qalibləri mükafatlandırılmışdır.
Şahmat festivalının baş hakimi Faiq Həsənov qalibləri səhnəyə dəvət edərək onlara mükafatları təqdim etmişdir.
Əvvəlcə “C” turnirində 8 yaşa qədər olan idmançılar mükafatlandırılmışdır. Bu yaş qrupu üzrə oğlanlar arasında Sumqayıt şahmatçısı Şamil Məmmədov, Bakı şahmatçısı Əli Züqanov, Naxçıvan şahmatçısı Zahid Allahverdiyev, qızlar arasında isə Bakı şahmatçıları Nurtac Heydərli, Aydan Şükürova və Füzuli rayon şahmatçısı Səmra Qasımova müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutmuşlar.

“C” turnirinin 10 yaşlı oğlan şahmatçılarının mübarizəsində 1-ci yerə Cəbrayıl rayonundan olan şahmatçı Mətin Salmanov, 2-ci yerə Sumqayıt şahmatçısı Xəqani Qarayev və 3-cü yerə Naxçıvan şahmat məktəbinin yetirməsi Sadiq Qarayev çıxmışlar. Bu yaş qrupunda qızların mübarizəsində isə Naxçıvan şahmatçısı Zərrin Məmmədli, Ucar şahmatçısı Jalə Kərimli və Goranboydan olan Nərgiz Abdullayeva ilk üç pillədə qərarlaşmışlar.
Qızlar arasında “C” turnirinin qalibləri adını isə Bakı şahmatçısı Ləman Hacıyeva, Masallı rayonunu təmsil edən Gülçin Heydərova və naxçıvanlı şahmatçı Aysel Dünyamalıyeva, oğlanlar arasında Bakı şəhərindən olan şahmatçılardan Mətin Mürsəlli, Atilla Eynullayev və İsmayıllı rayonunu təmsil edən Qafar Bədəlov qazanmışlar.
Bakı şəhərindən olan şahmatçı Vəli Zeynalzadə “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının “B” turnirinin qalibi olmuşdur. 2-ci yerə Elvin Bayramov (Quba), 3-cü yerə isə Naxçıvan şahmatçısı Toğrul Həsənzadə çıxmışlar.
Reytinq əmsalı 0-1749 xal olan şahmatçılardan Kamil Rzayev (Naxçıvan), Həsən Rəhimov (Naxçıvan) və Xəzər Babazadə (Biləsuvar), 1750-1999 reytinq əmsal­ları olan İlkin Rəhimli (Bakı), Anar Baxışov (Cəlilabad) və Vüqar Əsgərov (Ucar) mükafata layiq görülmüşlər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat festivalının “A” turnirinin qalibi azərbaycanlı qrossmeyster Eltac Səfərli olmuşdur. Festivalda 2-ci yerə azərbaycanlı qrossmeyster Qədir Hüseynov, 3-cü yerə isə gürcüstanlı qrossmeyster Levan Pantsulaya çıxmışlar. Ümumilikdə, “A” turnirində 25 zəka sahibi mükafatlandırılmışdır.
“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının ən azyaşlı üzvü, Naxçıvan şahmat məktəbinin yetirməsi 5 yaşlı Ramal Həsənova xüsusi mükafat verilmişdir.
Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov maraqlı və çətin mübarizə şəraitində keçən şahmat yarışının qaliblərini təbrik etmişdir. “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının təşkilatçılarına və iştirakçılarına təşəkkür edən Azər Zeynal­ov zəka sahiblərinin növbəti illərdə də Naxçıvanda keçiriləcək şahmat yarışlarında iştirak edəcəklərinə əminliyini bildirmişdir.
Bununla da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalı başa çatmışdır.

“Şərq qapısı”

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR