22 Oktyabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə stolüstü tennis üzrə gənc oğlan və qızlar arasında muxtar respublika birinciliyi keçirilib.
Sahil Parkında təşkil olunan birinciliyin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirib ki, son illər muxtar respublikanın şəhər və rayonlarında gənc­lərin idmana cəlbi istiqamətində mühüm işlər görülür, yeni idman obyektləri tikilərək onların ixtiyarına verilir. Bunlardan biri də Sahil Parkında yaradılan tennis kortudur. Muxtar respublika birinciliyinin də məhz burada təşkil olunması yaradılan müasir infrastruktur və şəraitin nəticəsidir.

İştirakçılar yarışın qaydaları haqqında məlumatlandırıldıqdan sonra birinciliyə start verilib. 50-yə yaxın gənc oğlan və qızın mübarizə apardığı birincilik olimpiya sistemi üzrə təşkil olunub.
Qızların mübarizəsində Duyğu Əliyeva bütün rəqiblərinə qalib gələrək birinciliyin baş mükafatını qazanıb. Xurşud Mahmudova ikinci, Alsu Məmmədli isə üçüncü olublar.
Oğlanlar arasında yarışda Babək Sobhanian hamıdan güclü olub. Digər iki pillədə isə Əkrəm Rəhimli və Məhəmməd Məmmədli qərarlaşıblar.
Sonda qalib idmançılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, bu gün kort tennisi üzrə muxtar respublika birinciliyinə də start veriləcək.

- Ceyhun MƏMMƏDOV

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR