22 Oktyabr 2024, Çərşənbə axşamı

Bu gün İspaniyada koronavirus pandemiyası ilə əlaqədar yarımçıq qalmış futbol çempionatı bərpa olunur.

Turnir Sevilya derbisi ilə start götürəcək. Bakı vaxtilə saat 00:00-da “Sevilya” və “Betis” klubları üz-üzə gələcək.

Qaydalara əsasən, çempionatın bütün matçları tamaşaçısız keçiriləcək.

Xatırladaq ki, İspaniya çempionatı martın 8-də 27-ci turdan sonra dayandırılmışdı. 

Hazırda turnir cədvəlinə 58 xalla “Barselona” başçılıq edir, ikinci yerdə gedən “Real” (Madrid) ondan iki xal dala qalır. Bu həftə sonu “Barselona” səfərdə “Malyorka”, “Real” isə doğma meydanda “Eybar”la qarşılaşacaq.

Çempionatın bitməsinə 11 tur qalır.

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR