22 Oktyabr 2024, Çərşənbə axşamı


21 may 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə  gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə gənclərə “Zoom” proqramı vasitəsilə  “Layihələrin yazılması və idarə edilməsi”, “Fəaliyyət planının qurulması” və “Büdcə planlaşdırılması” mövzularında onlayn təlim keçirilib.

 


 Əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov və “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı təlim haqqında gənclərə qısa məlumat veriblər. Daha sonra mövzular ətrafında çıxış edərək bildiriblər ki, gənclər layihə hazırlayarkən əvvəlcə mövcud problemin həll olunması üçün ətraflı məlumat yazmalıdır. Sonra isə layihə hazırlayan şəxsin təqdim olunan layihənin icrası üçün uyğun təcrübəsinin olması, layihənin adı, formatı, başlama və bitmə tarixləri, layihənin qısa təsviri, problemin təsviri, məqsədi, vəzifələri, hədəf qrupu, tərəfdaşları, icra mərhələləri, nəzərdə tutulan fəaliyyətlər və layihənin sonunda gənclərin əldə edəcəyi bilik, bacarıq və vərdişlər mütləq qeyd olunmalıdır. Layihənin fəaliyyət planının və büdcə formasının hazırlanması qaydaları haqqında da ətraflı məlumat verilmişdir. Şahin Rəhmanlı həmçinin, gəncləri müxtəlif mövzularda layihələr hazırlamağa və bu sahədə fəal iştirak etməyə çağırıblar.

Sonda mövzularla bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb. 

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR