22 Oktyabr 2024, Çərşənbə axşamı

“Barselona” basketbol klubunun rəhbərliyi məşq prosesinin bərpa olunmasına qərar verib.

Əvvəlcə komandanın üzvləri fərdi hazırlıq keçəcəklər. Həmçinin basketbolçular mütəmadi olaraq koronavirus testi verəcəklər.

 Hazırlıq prosesi xüsusi proqram üzrə təşkil olunacaq və oyunçuların paltardəyişmə otağına getmələri qadağan ediləcək.

İspaniya Basketbol Federasiyası ölkə çempionatının davam etdirilməsi üçün yeni variantlar axtarır. Çempionatın oyunlarının bir şəhərdə keçirilməsi istiqamətində müzakirələr aparılır. Hazırda 10 şəhər çempionatın final mərhələsinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Qeyd edək ki, çempionat dayandırılanda “Barselona” 19 qələbə ilə turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR