22 Oktyabr 2024, Çərşənbə axşamı

        Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən “Evdə qal, şahmat oyna” devizi altında təşkil olunan internet üzərindən canlı yarışlar davam etməkdədir.

     Ötən gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr edilən internet üzərindən Azərbaycan və Türkiyə  şahmatçıları arasında dostluq görüşünə yekun vurulub. Blitz turnirdə naxçıvanlı zəka sahibləri ilə yanaşı Mersinin “Modern”, Antalyanın “Çallı Spor”, “Konyaaltı Olbia”, Bakının “Zirə Eko-Park”, “Grand Master”, İstanbulun “Galaksi”, Hatayın “Şah” şahmat klublarının, Ankaranın DSİ Gənclik və İdman dərnəyinin şahmatçıları qüvvələrini sınayıblar. Ümumilikdə, turnirdə 201 şahmatçı mübarizə aparıb.

     Gərgin keçən görüşlərdə qalib adını Türkiyə təmsilçisi Melis Anaberdiyeva (Mersinin “Modern” şahmat klubu) qazanıb. O, müəyyən edilmiş qaydalara əsasən 81 faizlə bu ada layiq görülüb. Naxçıvan şahmat məktəbinin yetirməsi, FİDE ustası Pərviz Qasımov rəqibdən bir faiz geridə qalıb və ikinci olub. Qrossmeysterimiz Urfan Sevdimalıyev isə 78 faizlə üçüncü yerlə kifayətlənib.

      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr edilmiş onlayn “Azərbaycan Türkiyə Dostluq Görüşü” turnirində fəal iştirak edən hər bir kluba Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən “Təşəkkürnamə” hazırlanıb və yaxın zamanda təqdim ediləcəkdir.

 Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR