22 Oktyabr 2024, Çərşənbə axşamı

UEFA Avropa Liqasında (AL) 2019/2020 mövsümünün bərpa tarixi müəyyənləşib.

Bu barədə İspaniyanın "Xetafe" klubunun prezidenti Anhel Torres açıqlama verib.

O bildirib ki, 1/8 final mərhələsində rəqib olduqları İtaliya "İnter"i ilə ilk matç avqustun 2-də və ya 3-də səfərdə boş tribunalar qarşısında keçiriləcək. Torres cavab görüşünün isə ya 6, ya da 7 avqustda olacağını söyləyib.

Klub prezidentinin sözlərinə görə, hansısa stadionda koronavirus səbəbindən oyun keçirmək mümkün olmasa, qarşılaşma neytral meydanda oynanılacaq.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb.

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR