22 Oktyabr 2024, Çərşənbə axşamı

Aprel ayında pandemiya ilə əlaqədar olaraq ölkə və muxtar respublika ərazisində müəyyən olunmuş karantin rejimi dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onlarda mütaliəyə marağın daha da artırılması və kitabları gənclərə sevdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin sosial şəbəkələrindəki hesablarında “Evdə qal, mütaliədən qalma” aksiyası keçirilmiş, könüllü gənclər tərəfindən əhaliyə müraciət olunaraq “Evdə qal!” çağrışı ilə videoçarx hazırlanmış, “Kitabi-Dədə Qorqud” dastanı və milli-mənəvi dəyərlər” mövzusunda onlayn kitab müzakirəsi, “Mənim Qəhrəmanım” adlı onlayn vətənpərvərlik aksiyası və “Pozitiv düşüncələrin həyatımıza təsiri və karantin günlərində ruh yüksəkliyimizi artırmağın yolları” mövzusunda onlayn psixoloji təlim keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən məktəblilər arasında onlayn şahmat yarışları təşkil edilmiş, bədən tərbiyəsi və idmanın təbliği məqsədilə “Evdə qal, idmandan qalma!” şüarı altında videoçarxlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.
Gənclər və İdman Nazirliyinin tabeliyində olan idman obyektlərində, həmçinin özəl fitnes mərkəzlərində yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə dezinfeksiya işləri və obyektlərin əmakdaşları ilə gigiyena tədbirlərinin müntəzəm diqqətdə saxlanılması barədə maarifləndirici söhbətlər aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR