Futbol üzrə Türkiyə çempionatı – Superliqa iyunun 12-də davam etdiriləcək.
Bu sözləri Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir mayın 6-da onlayn qaydada keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Superliqa ilə yanaşı, I, II, III və həvəskarlar liqasının matçları da iyunun 12-də, 13-də və ya 14-də start götürəcək. Federasiya rəhbəri hazırkı şərtlər əsasında və Səhiyyə naziri Fəxrəddin Qoca ilə görüşdən sonra belə qərar qəbul etdiklərini bildirib.
N.Özdəmir çempionatın iyulun 26-da başa çatdırılacağına və avqustda UEFA Çempionlar Liqasının final qarşılaşmasının təşkil olunacağına əminliyini ifadə edib.