Türkiyənin aparıcı klublarından olan "Fənərbağça" məşqlərini bərpa edib.
Heyətin üzvləri karantin rejimində 45 günlük məcburi istirahətdən sonra superliqanın qalan oyunlarına hazırlığı öz təlim-məşq bazasında davam etdirməyə başlayıb. Sosial təcrid məsafəsi və təhlükəsizlik qaydalarına ciddi riayət edən komanda ilk məşqləri 4 nəfərlik qruplar şəklində keçirib.
Hazırlıq prosesinə "Fənərbağça"nın sabiq qapıçısı Volkan Dəmirəl, habelə dörd ildən sonra yenidən komandaya qayıdan yarımmüdafiəçi Emre Belözoğlu rəhbərlik edib.