22 Oktyabr 2024, Çərşənbə axşamı

PSJ-nin hücumçusu Neymar komandanı tərk etməkdə qərarlıdır.

Braziliya millisinin üzvü rəhbərliyin yeni müqavilə təklifini rədd edib.

Buna səbəb 28 yaşlı ulduz futbolçunun mövsümün sonunda “Barselona”ya qayıtmaq istəməsidir. Halbuki Paris təmsilçisi ona illik 50 milyon avro maaş təklif edib. Lakin Neymar daha az maaş qarşılığında “Barselona”da oynamağa razıdır. 

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan keçib.

ApaSport

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR